Yataqxanalarda yaşayanlarla bağlı MARAQLI TƏKLİF

Köç edən məcburi köçkünlərin mənzillərinin müvəqqəti olaraq yataqxanalarda yaşayanlara verilməsi təklif olunur.

İctimai Rəy xəbər verir ki, bu barədə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində qeyd olunub.

Ombudsman hazırda yataqxana və qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlər tərəfindən təhvil verilmiş xidməti mənzillərə müvəqqəti olaraq köçürülməsini məqsədəmüvafiq hesab edir.

Comments are closed.

Tərcümə »