Rusiya XİN Baydenin digər ölkələrin işlərinə qarışmamaqla bağlı bəyanatını dəyərləndirib

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ prezidenti Co Baydenin digər ölkələrin işlərinə müdaxilə etməməsi ilə bağlı bəyanatını müsbət şərh edib.

İctimairey.az Rusiya mediyasına istinadən xəbər verir ki, Lavrov MDBMİ-nin tələbələri ilə görüşdə, – “Həm ABŞ Prezidenti Bayden, həm də Fransa Prezidenti Makronun qeyd etdiyi, çox maraqlı məqamdır: hər ikisi də praktiki olaraq bir-iki günlük fasilə ilə, Qərb tipli demokratiyanı onlara tətbiq etmək məqsədi ilə digər ölkələrin daxili işlərinə bir daha müdaxilə etməyəcəklərini səsləndirməyin vaxtının gəldiyini açıqlayıb.” – deyib.

Rusiya xarici siyasət idarəsinin rəisi qeyd edib ki, bu bəyanatlar Rusiyada müsbət qarşılanır. Lavrov, – “Qərbli həmkarlarımızın son onilliklərdə törətdikləri macəralardan dərs almalarını çoxdan istəyirdik” – deyib. Bundan öncə, Rusiya prezidenti Vladimir Putin faciələrin və itkilərin ABŞ-ın Əfqanıstanda törətdiklərinin nəticəsi olduğunu söyləmişdi. Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden ABŞ-ın Əfqanıstandan çəkilməsi ilə, digər ölkələrdə “yenidən qurmaq” cəhdləri dövrünə son qoyduğunu bəyan edib.

Esmira ŞÜKÜROVA.

İctimairey.az

Comments are closed.

Tərcümə »