Azərinin Kütahyada konserti-FOTO

0

Kütahya Bələdiyyəsinin yaz festifalı Azərin konserti ilə sona çatdı.

Bələdiyyə qarşısında səhnəyə çıxan azərbaycanlı əsilli məşhur sənətçi Azərin səhnədə sevimli mahnılarını səsləndirib. Festifalda “Çırpınırdı Karadeniz” mahnısı ilə konsertini bitirən Azərini dinləməyə gələn Kütahya xalqı onu ayaq üstə alqışlayıb.

Festifala Kütahya Qubernatoru Əli Çelik, Kütahya Millət vəkili Əhməd Erbaş, Qarnizon Komandiri Hava Tuğğ, Necati Gündüz, Kütahya Bələdiyyə Başçısı Prof. Dr. Alim Işık, Vali Köməkçisi Mustafa Güney, MHP İl Başçısı Selçuk Alıç, MHP Mərkəzi İlçe Başkanı Ayhan Toy, şöbə müdirləri, QHT nümayəndələri və bir çox vətəndaşlar qatılıb.

Konsertdən sonra Bələdiyyə Başçısı Işık və protokol üzvləri səhnəyə çıxaraq, sənətçi Azərinə günün xatirəsinə bir çini qab hədiyyə edib. Başkan Işık təşəkkür nitqində, – “İki dövlətin və bir millətin ortaq səsi olan Azerini dinlədik. Ürəyinə və səsinə qüvvət. Belə mənalı bir gündə, mədəniyyətin və incəsənətin paytaxtı olan şəhərimizdə təməl və qurtuluş günündə, bizə Kütahya şəhərində gözəl bir gecə yaşatdınız. Sizlərə və Sizə ayrı-ayrılıqda təşəkkür edirəm “dedi.

Esmira ŞÜKÜROVA.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »