30 avqust tarixində Turk qardaşlarımızın Zəfər bayramı, qardaş Azərbaycanda da yüksək səviyyədə qeyd olunub. Bu münasibtlə respublikamızda möhtəşəm tədbir keçirilmişdir.
Tədbirdə şəhid valideyinləri, şəhid xanımları, respublikamızın görkəmli ziyalıları, TV kanallarının layihə rəhbərləri, jurnalistlər və Turkiyə səfirliyinin rəsmiləri təmsil olunmuşdur.
Uğurlarınız bol olsun Türkiyə Azərbaycan.
Bu bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr iflasa uğramış xanədanlığın xarabalıqları altından bu günkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar verdilər.
Möhtəşəm Çanaqqala zəfəri sonradan bütün Türkiyənin, eləcə də türk dünyasının zəfəri kimi qeyd olunmağa başladı. Zəfər bayramı Türkiyə Cümhuriyyətinin milli bayramıdır. 30 avqust – Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən “Baş komandanlıq meydan müharibəsi” sayılan “Büyük Taarruz”u bayram etmə günüdür. İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir.
Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qeyd olunub. Rəsmi olaraq isə, Zəfər bayramı 1936-ci ilin may ayında elan edilib.
Türkiyədə Zəfər bayramı münasibətilə gün boyu təntənəli mərasimlər keçirilir.
Fuad Qəhrəmanov.
İctimairey.az