Son dəqiqə… Taliban Pənçsirin dünya ilə əlaqəsini kəsdi!

0

Taliban əleyhinə son müqavimət göstərən Pənçşirdə nələr baş verir?

Müqaviməti aradan qaldırmaq üçün yüzlərlə silahlını bölgəyə göndərən Taliban, Pençşirin dünya ilə əlaqəsini kəsib. Son ABŞ əsgərinin bölgədən çıxarılması ilə, Taliban Əfqanıstanda ən böyük qüvvəyə çevrilib.

Paytaxt Kabul da daxil olmaqla, ölkənin böyük bir hissəsini ələ keçirən təşkilata boyun əyməyən yalnız bir bölgə qalıb; Pənçsir! Taliban əleyhinə koalisiyanın toplandığı Kabildən təxminən 160 kilometr aralıda yerləşən Pənçşirdən gələn son xəbərlər, Talibanın bu vəziyyətə son qoymaq üçün, hərəkətə keçdiyini göstərir. Gələn məlumatlar arasında Talibanın bölgə ilə telefon və internet əlaqələrini kəsməsi də var.

Talibanın bölgəyə yüzlərlə silahlı göndərdiyi də məlumdur. Yerli sakinlər Talibanın bölgəyə gedən yolları bağladığını və ərzaq məhsullarının qiymətinin qalxmasına səbəb olduğunu da iddia edirlər. Bu addım ‘hücumdan əvvəl son hazırlıq’ olaraq şərh olunur. Hər iki tərəfdə Əfqanıstan ordusundan qalan silahların olduğu və bölgədəki qarşıdurmaların son dərəcə şiddətli ola biləcəyi bildirilir. Müqavimətin böyüməsinin qarşısını almaq istəyən Taliban bu yaxınlarda bölgədəki bir polis bölməsinə hücum etsə də, geri otuzdurulub.

Bu iddia Taliban tərəfindən təsdiqlənməsə də, Əfqanıstanda yerləşən TOLO News bu xəbəri bölgədəki bir mənbədən aldığını bildirmiş. DİRƏNİŞİ ONLAR İDARƏ EDİR Prezident Qani ölkədən qaçdıqdan sonra, özünü müvəqqəti prezident elan edən Emrullah Salih Pəncşir əyalətinə keçərək, son bir neçə gündə Taliban əleyhinə müqaviməti alovlandırmış və taliblərə meydan oxuyur. \

Saleh taliblərə təslim olmayacağını söyləyərək, sona qədər döyüşəcəyinə söz verib. Salih yazılı açıqlamasında belə ifadələr səsləndirib; – Məni dinləyən milyonları məyus etməyəcəyəm. Mən heç vaxt Talibanla eyni dam altında olmayacağam. ASLA! Şah Məsud oğlu Əhməd Məsud və özbək əsilli Rəşid Dostum oğlu Yar Dostum da bu hərəkatın liderləridir.

Esmira ŞÜKÜROVA,

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »