İraqda həyatını itirən dilənçinin evindən 380 min dollardan çox pul tapılıb.
İraqın paytaxtı Bağdadda xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilən yaşlı dilənçinin ölümündən sonra milyonçu olduğu ortaya çıxıb.
Dilənçinin ölümündən sonra onun iki qardaşı bacısının vəsiqəsini almaq üçün getdikləri evdə milyonlarla İraq dinarı və torbalarda qızıl tapıblar.
Pulu və qızılları götürüb evdən çıxarkən qonşular onları görüb və dərhal polisə xəbər veriblər.
Polisin evə baxışı zamanı qızılla birlikdə 380 min dollardan çox pul da tapılıb.
Ölən qadının yaxınlarını saxlayıb.
Qonşuları dilənçiliklə çörəkpulu qazanan qadına çox kömək etdiklərini, tənha qadına daim yemək verdiklərini bildiriblər.
Ölən qadının oğlunun polis əməkdaşı olduğu da iddia edilib/Bakupost.az