Rusiya ZƏNGƏZURDA BAŞ KONSULLUQ açır

0

İctimai Rəy hraparak.am-a istinadən xəbər verir ki, Rusiya tezliklə Ermənistanda yeni baş konsulluq açacaq. Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov “Komsomolskaya Pravda”ya müsahibəsində bunu təsdiqləyib.

Bildirilib ki, Konsulluqların açılması ilə bağlı qərarlar artıq qəbul edilib və dövlətlərin səlahiyyətli orqanları ilə razılaşdırılıb. Konsulluqlar Qafan (Ermənistan), Aktau (Qazaxıstan), Səmərqənd (Özbəkistan), Denpasar (İndoneziya) və Maledə (Malediv Respublikası) açılacaq.

Qeyd edək ki, Qafandakı baş konsulluq Gümrüdən sonra Rusiya Federasiyasının Ermənistandakı ikinci baş konsulluğu olacaq. Bundan əvvəl Rusiya hökuməti müvafiq sazişi təsdiqləyib. Ermənistan tərəfi də öz razılığını verib. Baş Konsulluğun açılışı ilə bağlı konkret tarixlər dəqiqləşdirilməyib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »