Avropalı diplomatlar Trampın yenidən ABŞ prezidenti seçiləcəyi təqdirdə Ukraynaya yardımı kəsə biləcəyindən ehtiyat edirlər
Agentliyin məlumatına görə, diplomatlar Trampın Vaşinqtonun NATO müttəfiqlərini müdafiə etmək öhdəliyinə əməl edəcəyinə şübhə edirlər.
İctimai Rəy xəbər verir ki, bu barədə TASS məlumat yayıb Bəzi Avropa ölkələrindəki diplomatlar ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən seçiləcəyi təqdirdə Ukraynaya yardımı kəsə və NATO müttəfiqləri qarşısında götürdüyü öhdəliklərdən imtina edə biləcəyindən ehtiyat edirlər.
20-yə yaxın hazırkı və keçmiş köməkçi və diplomatın fikrincə, Tramp 2024-cü il prezident seçkilərində qalib gələcəyi təqdirdə, çox güman ki, Pentaqon, Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsində əsas vəzifələrə sadiq adamlar yerləşdirəcək. Bu, ona “Ukrayna müharibəsindən tutmuş Çinlə ticarətə kimi məsələlərdə ABŞ-ın mövqeyində köklü dəyişikliklər etməyə imkan verərdi”
“Reuters-ə müsahibə verən səkkiz avropalı diplomat Trampın Vaşinqtonun NATO müttəfiqlərini müdafiə etmək öhdəliyinə əməl edib-etməyəcəyinə dair şübhələrin olduğunu və Rusiya ilə müharibə şəraitində Ukraynaya yardımı kəsəcəyindən kəskin qorxduğunu söylədi” xəbər agentliyi bildirib. Vaşinqtondakı Şimali Avropa diplomatı bildirib ki, o və həmkarları son illərdə Trampın köməkçiləri ilə əlaqə saxlayıblar.
ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. ABŞ-ın hazırkı prezidenti Co Bayden Ağ Evdə ikinci müddətə namizəd olmaq üçün aprelin sonunda rəsmi olaraq namizədliyini irəli sürüb. ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2022-ci ilin noyabrında yenidən prezident seçilmək planlarını açıqlayıb.
İctimai Rəy