Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu dəhlizinin tikintisinə 2024-cü ildə başlanacaq.
İctimai Rəy hraparak.am-a istinadən xəbər verir ki, bu barədə İranın yollar və şəhərsalma naziri Şəhriyar Əfəndizadə məlumat verib.
Əldə olunmuş razılaşmaya əsasən, ümid edirik ki, bu layihənin icrasına 2024-cü ilin əvvəlində başlanacaq”, – deyə dövlət rəsmisi bildirib.
Əfəndizadə qeyd edib ki, 162 km uzunluğunda olan Rəşt-Astara hissəsi hazırda İranın ən mühüm dəmir yolu layihəsidir, o, İran, Azərbaycan və Rusiya dəmir yollarını birləşdirməli olan Astara-Rəşt-Kəzvin dəmir yolu dəhlizinin bir hissəsidir. O, həm də Şimal-Cənub magistralının bir hissəsidir.
Xatırladaq ki, 2023-cü ilin mayında Moskva və Tehran arasında İran ərazisində yerləşən Rəşt-Astara hissəsinin tamamlanması ilə bağlı sənədlər imzalanıb.