Dağlıq Qarabağın statusu məsələsi hələ həll olunmayanacan münaqişə qalacaq: Linn Treysi

0

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi hesab edir ki, Dağlıq Qarabağın statusu hələ müəyyən edilmədiyindən son vaxtlar Dağlıq Qarabağda baş verən müharibənin nəticələri aradan qaldırılmayıb və münaqişə həll olunmayıb. İctimairey.az xəbər verir ki, bu barədə Treysi Syunik bölgəsində ARMENPRESS-ə verdiyi müsahibədə bildirib.

“Minsk qrupunun həmsədri olaraq, hələlik vəziyyətin gərginləşməsini azaltmaq, insidentləri aradan qaldırmaq üçün çalışacayıq. Qalan məsələlərin, müharibədən sonrakı vəziyyətin və vəzifələrin həllinə sonra baxılacaq.
Təhlükəsizlik və sərhəd hadisələri ilə əlaqədar məsələlərə gəldikdə, Treysi bu mövzuda fikir söylədiyini və ABŞ Dövlət Departamenti tərəfindən bir neçə mövqe səsləndirildiyini də qeyd edib. “Yaxşı bilirsiniz ki, iyul ayında hadisələrin qeydə alındığı Qeqarkunik bölgəsinin sərhəd rayonlarından birini ziyarət etdim. Şiddətə ən qısa zamanda son qoymaq üçün vəziyyətin gərginləşməməsini istədiyimizi açıq şəkildə bildirmək istəyirəm ” – Linn Treysi deyib.

Səfir bu problemlərin həllinin son dərəcə vacib olduğunu vurğulayaraq bildirib ki, “xüsusən də mülki əhali münaqişənin episentrində olduğu üçün, onların təhlükəsizliyi təhdid altındadır, buna görə də bütün bunları nəzərə alaraq bu problemlərin həlli aktuallaşmaqdadır”.

Esmira ŞÜKÜROVA.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »