Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Macarıstana gedəcək. Onun səfərinin əlaqələrə yeni rəng qatacağı və ikitərəfli ticarət həcminin 6 milyard dollara çatdırılması strategiyasının yaradılması nəzərdə tutulur.
İctimai Rəy xəbər verir ki, bu barədə “TRT HABER” məlumat yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın sıx diplomatik axını davam edir. Prezident Ərdoğan bu il 21-ci xarici səfərini Macarıstana edəcək.
Prezident macarıstanlı həmkarı Katalin Novak və baş nazir Viktor Orbanla görüşəcək.
Mövcud siyasi və diplomatik hadisələr, xüsusilə Qəzzada son vəziyyət müzakirə olunacaq. İki ölkə arasında əməkdaşlıq və iqtisadi əlaqələr müzakirə olunacaq. Bu çərçivədə Yüksək Səviyyəli Strateji Şura toplanacaq.
İki ölkənin nazirləri əlaqələri hər aspektdə dəyərləndirəcək və yeni sazişlər imzalayacaqlar. Sazişlərlə əməkdaşlığın artacağı, xüsusilə ikitərəfli ticarətin sürət qazanacağı gözlənilir.
İki ölkənin əsas hədəfi bu ilin ilk 10 ayında 3,3 milyard dollara çatmaqdır.
İlk mərhələdə ticarət həcmini 6 milyard dollara çatdırmaq. Növbəti mərhələdə ticarətin 10 milyard dollara çatması üçün atılacaq addımlar da qiymətləndiriləcək. İki ölkə enerji sahəsində mühüm layihələr həyata keçirəcək.
Bu il imzalanan müqavilə çərçivəsində Türkiyə 2024-cü ildən etibarən Macarıstana təbii qaz ixrac edəcək.
Prezident Ərdoğanın dekabrın 18-də səfəri iki ölkə arasında tarixi bir günə təsadüf edir. 1923-cü il dekabrın 18-də İstanbulda Türkiyə ilə Macarıstan arasında imzalanan Dostluq müqaviləsinin 100 illiyi tamam olacaq.
İctimai Rəy