Dünya miqyasında buğda ticarəti azalır

Dünya buğda ticarətinin 2023/2024-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 13 milyon ton azalaraq 207 milyon ton olacağı proqnozlaşdırılır.

İctimai Rəy Aqrar Tədqiqatlar Mərkəzinin Dünya Bazar Konyukturasına dair ötən ay üçün hazırladığı hesabatda bu barədə qeyd edilir.

Hesabatda bildirilir ki, Çində ilin əvvəlinə olan qalıq həcminin 2022/2023-cü məhsul ili ilə müqayisədə 2 milyon ton artaraq 139 milyon ton olacağı halda, Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2023/2024-cü məhsul ilində istehsal həcminin 4.0% azalaraq 138.5 milyon ton, ixracın isə 3.4% azalaraq 74.5 milyon ton olacağı proqnozlaşdırılır.

Comments are closed.

Tərcümə »