Rusiyanın Amur vilayətinin Mazanovo rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.
İctimai Rəy Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri rayonun Uqlovoye kəndindən 8 km aralıda qeydə alınıb. Təkanların ocağı 5 km dərinlikdə yerləşib.
Bələdiyyə rəhbərlərinin sözlərinə görə, seysmik hadisə Romnensk və Oktyabr rayonlarında zəif hiss olunub.
Comments are closed.