Hizbullah İsrailin 4 hərbi məntəqəsinə hücum edib

Hizbullah Livanın cənubundan İsrailə qarşı həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.

İctimai Rəy “TRT HABER”ə istinadən xəbər verir ki, Açıqlamada İsrailin Bəhri, Şumira və Ramyadakı hərbi məntəqələrinin müvafiq silahlarla hədəfə alındığı bildirilib.

Əl Malikiyye hərbi məntəqəsinin yarım ton ağırlığında “Burkan raketi” ilə vurulduğu da bildirilib.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 101 Hizbullah üzvü və 6 İsrail əsgərinin öldüyü açıqlanıb.

Bundan əlavə, toqquşmalar nəticəsində Livanda 24, İsraildə isə 5 mülki vətəndaş həyatını itirib.

Comments are closed.

Tərcümə »