Qəzzadakı Səhiyyə Nazirliyi: İsrail ordusu KEMAL ADVAN xəstaxanasındakı insanlardan “CANLI QALXAN” kimi istifadə edir

Oktyabrın 7-dən bu yana hücumların hədəfi olan Qəzzada ölənlərin sayı 18 min 608-ə yüksəlib.

Fələstinin Qəzzadakı səhiyyə nazirinin müavini Yusuf Əbu Riyş, İsrail ordusunun Kemal Advan xəstəxanasındakı mülki şəxslərdən “insan qalxanı” kimi istifadə etdiyini açıqlayıb.

İctimai Rəy “TRT HABER”ə istinadən xəbər verir ki, Əbu Riyş açıqlamasında İsrail qüvvələrinin Kemal Advan xəstəxanasını mühasirəyə aldığını və xəstəxanadakı insanların su tapa bilmədiklərini bildirib.

Xəstəxanada olan şəxslərin dünən İsrail qüvvələri tərəfindən nəzarətə alınaraq döyülərək sorğu-sual edildiyinə diqqət çəkən Əbu Riyş, İsrail ordusunun oradakı mülki şəxslərdən canlı qalxan kimi istifadə etdiyini bildirib.

Əbu Riyş bildirib ki, xəstəxana rəhbərliyi İsrail ordusunun xəstəxananı boşaltmaq göstərişini rədd edib.

 

Comments are closed.

Tərcümə »