İl ərzində bu qızdırmadan iki mindən cox insan dünyasını dəyişib

Bu il Amerika və Karib hövzəsində 4 milyondan çox dang qızdırması hadisəsi qeydə alınıb və 2000-dən çox insan bu xəstəlikdən dünyasını dəyişib.

İctimai Rəy xəbər verir ki, “TRT HABER”-in məlumatına görə Ümumdünya Səhiyyə Təşkilatının Amerikadakı regional ofisi Pan Amerika Səhiyyə Təşkilatının məsləhətçisi Thais dos Santos, xəstəliyin qeydlərinin 1980-ci ildən bəri tutulmağa başladığını və hadisələrin sayındakı ciddi artımın davam etdiyini ifadə edərək, “Bu il qeydə alınmış tarixdə ən çox dang qızdırmasını müşahidə etdiyimiz ildir.” dedi.

Bu il Amerika və Karib dənizində 4 milyondan çox dang qızdırması halı qeydə alınıb və 2000-dən çox insan bu xəstəlikdən dünyasını dəyişib.

Xəstəliklərin artmasında qeyri-adekvat sağlamlıq şəraiti və sistemləri rol oynasa da, mütəxəssislər iqlim dəyişikliyi səbəbindən quraqlıq və daşqınların da virusun daha da yayılmasına səbəb olduğunu vurğulayırlar.

Denge qızdırması kimi vektor xəstəliklərin daha çox leysan yağışlarla yığılan suda artan ağcaqanadlar vasitəsilə yayıldığı ifadə edilir.

Əlavə olaraq xəbərdarlıq edilir ki, temperaturun yüksəlməsi və sürətli urbanizasiya yoluxma sürətini artırır.

Bu ilin yayın şimal yarımkürəsində indiyə qədər ən isti yay kimi qeydə alınıb. Avqust ayı sənayedən əvvəlki orta göstəricilərdən təxminən 1,5 dərəcə Selsi isti idi.

Noyabrın əvvəlinə olan məlumata görə, bütün dünyada 4,5 milyondan çox dang qızdırması hadisəsi qeydə alınıb və 80 ölkədə 4000-dən çox insan ölüb. 2019-cu ildə görülən ən yüksək 5,2 milyon hadisənin bu il keçə biləcəyi bildirilir.

İctimai Rəy

Comments are closed.

Tərcümə »