Bu ölkələr Türkiyədən oyuncaq idxal edir

Cari ilin 10 ayı ərzində Türkiyənin oyuncaq sektorunda ixracatı 76 milyon 193 min dollara çatıb.

İctimai Rəy Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, ən çox oyuncaq ixrac edilən ölkələr sırasında Birləşmiş Ştatlar öndə gəlir. Hesabat dövründə okeanın o tayına ixrac edilən oyuncağın dəyəri 6 milyon 237 min dollar təşkil edib.

Amerikadan Türkiyəyə idxal edilən oyuncaqların miqdarı isə 566 min dollar olaraq qeyd edilib. Birləşmiş Ştatlardan sonrakı yeri 5 milyon 888 min dollarlıq ixracatla Rusiya tutub.Sonrakı yerləri isə Rumıniya, Böyük Britaniya və Yunanıstan bölüşdürüb.

Comments are closed.

Tərcümə »