Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis yaxın vaxtlarda Ermənistana səfər etmək niyyətindədir.
İctimai Rəy xəbər verir ki, bu barədə nazir Avropa Birliyinin Xarici Əlaqələr Şurası formatında keçirilən iclasından əvvəl açıqlamasında deyib.
Nazir bildirib ki, Yunanıstan Cənubi Qafqazda sülh prosesini dəstəkləyir.
“Yunanıstanın səyləri sayəsində Ermənistan bu gün regionda davamlı sülhə yönəlmiş mövqelərini təqdim etmək üçün Xarici Əlaqələr Şurasına dəvət olunub. Şəxsən mən Ermənistanın xarici işlər naziri ilə uzun söhbət etmişəm və yaxın gələcəkdə Ermənistana səfər etmək niyyətindəyəm. Bu gün mənim iki ölkənin – Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşmək imkanım olacaq”.