İndoneziyanın Sumatra adasında Merapi vulkanının püskürməsi nəticəsində azı 11 nəfər həyatını itirib.
İctimai Rəy xəbər verir ki, bu barədə “Röyters” yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, xilasedicilər 11 alpinistin meyitini tapıblar. Daha 3 alpinist isə sağ tapılıb.
Xilasetmə xidmətinin nümayəndəsi bildirib ki, 12 alpinist hələ də itkin düşmüş sayılır.