Çexiya: Ukraynaya vəd verdik, əməl etmədik

Ukrayna Avropadan silah təchizatının olmaması səbəbindən hərbi cəhətdən çətinliklərlə üzləşəcək.

İctimai Rəy xəbər verir ki, bunu Çexiya Prezidenti Pyotr Pavel deyib.

“Ukraynanın bu il böyük əks-hücum üçün yeganə fürsəti var idi. Əks-hücumlar baha başa gəlir, mürəkkəbdir və vaxt aparır, ona görə də ildə iki-üç dəfə əks-hücum təşkil etmək mümkün deyil. Bu qış çox çətin olacaq, çünki Ukraynanın əksər infrastrukturu dağıdılıb. Ukraynanı dəstəkləyən ölkələrdə qeyri-müəyyənlik artır. Bütün bunlar hərbi əməliyyatların davam etdirilməsinə kömək etmir”, – Pavel bildirib.

Onun sözlərinə görə, silah yardımları Ukraynaya aktiv hərbi əməliyyatlar aparmağa imkan vermir:

“Artilleriya üçün mərmi tədarükü ilə bağlı vədlərimizə əməl etmədik, F-16 üçün pilotların hazırlığı lazımi tempdə getmir. Bütün bunlar qeyri-müəyyənlik yaradır ki, bu da hərbi kampaniyanın planlaşdırılması üçün əlverişli deyil”.\\axar.az\\

Comments are closed.

Tərcümə »