İsrail ilk dəfə bunu etdi: “Cənub”a çağırış!

İsrail ordusu ilk dəfə Qəzzanın cənub rayonlarının əhalisini dərhal evlərini tərk etməyə və sığınacaqlarda gizlənməyə çağırıb.

İctimai Rəy xəbər verir ki, bu barədə ÇAXAL-ın məlumatında deyilir.

İsrail təyyarələrindən atılan elanlarda Xan Yunisin şərq məhəllələrinin sakinlərinə müraciət olunur:

“Təhlükəsizliyiniz üçün siz dərhal yaşayış yerlərinizi tərk edib sığınacaqlara getməlisiniz”.

Qeyd edək ki, İsrail müharibə başlayandan indiyədək qəzzalıları zolağın şimalından cənubuna köçməyə çağırıb. Hazırda isə əməliyyatlar cənuba yönəlir.

Comments are closed.

Tərcümə »