İsrail ölkənin şimalının təhlükəsizliyini təmin etmək üçün operativ plan hazırlayır.
İctimai Rəy xəbər verir ki, bu barədə İsrail Baş Qərargahının rəhbəri, general-leytenant Hersi Halevi deyib.
Qeyd edək ki, ötən gün Halevi ÇAXAL-ın Şimal komandanlığı ilə müşavirə keçirib. Burada müdafiə və hücum planının təsdiqləndiyi bildirilib.
Halevi həmçinin orduya tam qüvvə ilə yüksək hazırlıq vəziyyətinə gətirilməsi barədə əmr verib.