İsrail hərbçilərinin Qəza zolağında keçirdiyi quru əməliyyatlar davam edir. Qəzzanın şimalında HƏMAS döyüşçüləri ilə israilli hərbçilər arasında şiddətli döyüşlər gedir.
Qəzzada gedən küçə döyüşləri ilə bağlı yeni kadrlar sosial şəbəkəyə yerləşdirilib.
Görüntülərdə fələstinli silahlıların İsrail tanklarını hədəfə götürməsi öz əksini tapıb.
Son məlumata görə, İsrail Müdafiə Ordusunun hərbçiləri HƏMAS-ın “qanunverici şurasının” binasına daxil olub.
“The Washington Post” qəzeti isə yazıb ki, İsrail və HƏMAS hərəkatı girov götürülən qadın və uşaqların əksəriyyətinin azad edilməsi ilə bağlı razılıq əldə etməyə yaxındır.