Hindistan Rusiya neft şirkətləri ilə əməkdaşlıqdan təqribən 2,7 milyard dollara, Çin Rusiya Federasiyası da daxil olmaqla sanksiya tətbiq edilən ölkələrdən tədarük hesabına 10 milyard dollara qənaət edib.
İctimai Rəy xəbər verir ki, bununla bağlı hesablamanı Reuters həyata keçirib.
Agentlik bildirir ki, Rusiya Avropa və G7-nin embarqo qərarından sonra nefti kəskin endirimlə satmağa məcbur olub. Belə endirimdən istifadə edən Hindistan bahalı Yaxın Şərq neftini az almaqla ticarət kəsirini azaltmağa nail olub.
Reuters-in hesablamalarına görə, Hindistan yanvar-sentyabr aylarında Cənubi Koreya, Yunanıstan və İspaniya üzərindən 69,06 milyon ton və ya gündə 1,85 milyon barel Urals idxal edib. Onun orta qiyməti bir ton üçün 525,6 dollar təşkil edib. Həmin dövrdə İraq neftinin orta qiyməti bir ton üçün 564,46 dollar olub. Beləliklə, Rusiyadan gələn xammal ölkəyə 2,7 milyard dollar qənaət etməyə imkan verdi. Həmçinin Hindistan Rusiya üçün Avropa bazarını əvəz etdi. Pul baxımından xam neft Hindistanın ümumi idxalının təxminən üçdə birini təşkil edir.
Reuters həmçinin bildirir ki, Çin bu il Rusiya da daxil olmaqla Qərbin sanksiyaları altında olan ölkələrdən rekord neft alışı hesabına təxminən 10 milyard dollar qənaət edib.\\musavat