Türkiyə şirkəti Özbəkistanda enerji istehsalına 250 milyon dollar yatıracaq

0

Türkiyənin “AKSA Enerji” şirkəti Özbəkistanda 250 milyon dollara elektrik stansiyası tikəcək.

İctimai Rəy Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tikinti işlərinin başlanması 2023-cü ilin dekabrına planlaşdırılır.

Mətbuat xidməti qeyd edir ki, “AKSA Enerji” dövlət-özəl tərəfdaşlıq şərtləri ilə Kaşkadərya vilayətinin Nişan rayonunda 400 MVt gücündə qaz porşenli elektrik stansiyasının tikintisinə 250 milyon dollar sərmayə qoyacaq. Şirkət layihələndirmə, maliyyələşdirmə, tikinti və istismar işlərini həyata keçirəcək. Bütün bunlar 25 illik müddətə nəzərdə tutulub.

Elektrik stansiyası 2024-cü ilin sonunda istifadəyə veriləcək. Orada istehsal olunacaq elektrik enerjisini Özbəkistan hökuməti alacaq.

Özbəkistanın “Gazeta.uz” internet nəşrinin məlumatına görə, şirkət əvvəllər Buxara və Daşkənd vilayətlərində iki istilik elektrik stansiyası tikib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »