Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətər əmiri Təmim bin Həməd əl-Tani ilə görüşüb.
İctimai Rəy xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Görüş Fidanın Qətərin paytaxtı Dohaya səfəri çərçivəsində baş tutub. Tərəflər Fələstin-İsrail qarşıdurmasını və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
Söhbət zamanı İslam dünyası ölkələrinin həmrəylik nümayiş etdirməsi vurğulanıb.