Biz İsraili beynəlxalq hüquqa uyğun olaraq müdafiə olunmaq, HƏMAS-ı təqib etmək, girovları geri qaytarmaq, gələcək müdaxilələrin qarşısını almaq və uzun müddət təhlükəsizliyinizi gücləndirmək üçün dəstəkləyirik.
İctimai Rəy xəbər verir ki, bunu İsraildə səfərdə olan Britaniya Baş naziri Rişi Sunak deyib.
“Bilirəm ki, HƏMAS terrorçularından fərqli olaraq mülki insanlara zərər verməmək üçün hər cür tədbir görürsünüz. Biz Fələstin xalqının da HƏMAS-ın qurbanı olduğunu qəbul edirik. Dostunuz olaraq İsrailin ən qaranlıq anında sizinlə birlikdə olmaqdan qürur duyuram. Sizinlə həmrəy olacağıq, xalqınızı dəstəkləyəcəyik və sizin qalib gəlməyinizi istəyirik”, – Sunak bildirib.