Azərbaycan XİN beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ

0

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

İctimai Rəy xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Füzulidəki mina partlayışı ilə bağlı “X” hesabında yaydığı paylaşımda qeyd olunub.

“Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir. Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb, qurbanların sayı 333-ə çatıb. Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı mina sahələrinin dəqiq xəritələrini verməyə çağırmalıdır”, – paylaşımda vurğulanıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »