Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir.
İctimairey.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, Qarabağdakı Rusiya sülhməramlıları məsələsinin İrəvanla müzakirə olunmadığını söyləyib:
“Qarabağdakı Rusiya sülhməramlıları məsələsi İrəvanla müzakirə olunmayıb. Çünki de-fakto və de-yure bura Azərbaycanın ərazisidir”.
Peskov vurğulayıb ki, Qarabağdakı Rusiya sülhməramlılarının sonrakı taleyi Azərbaycanla müzakirə olunacaq:
“Lakin Ermənistanla təmaslar davam edəcək”, – deyə o qeyd edib.
Comments are closed.