Kristinne Qriqoryan Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.
İctimai Rəy xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan fərman imzalayıb.
Qeyd edək ki, Kristinne Qriqoryan yanvar ayında Ombudsman vəzifəsindən istefa vermişdi.