Moskvada Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan arasında görüş başlayıb.
Axar.az xəbər verir ki, hazırda nazirlər təkbətək danışıqlar aparırlar.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş olacaq.
Danışıqlardan sonra S.Lavrov və H.Fidan birgə mətbuat konfransı keçirəcək.