Krım Ukrayna Silahlı Qüvvələrinin mümkün hücumlarına hazırdır.
Axar.az xəbər verir ki, bunu Rusiyanın ilhaq etdiyi Krımın parlamentinin rəhbəri Vladimir Konstantinov deyib.
“Biz səfərbər olmuşuq. Operativ qərargah demək olar ki, gecə-gündüz işləyir, reaksiya sürətlidir, hər şeyə hazırıq və öz işimizi görürük”, – Konstantinov bildirib.