Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar 2024-cü ilə qədər uzanacaq

0

G7 ölkələrinin Ukraynaya ikitərəfli zəmanətləri üzrə sazişlərin bağlanması gələn ildən tez başa çatmayacaq, danışıqlar yalnız ABŞ və Böyük Britaniya ilə başlayıb.

Bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb. Nəşr adının açıqlanmayan fransız rəsmisinə istinadən yazır ki, Paris yaxın bir neçə həftə ərzində Kiyevlə ikitərəfli zəmanətlər üzrə danışıqların birinci raundunu keçirməyi planlaşdırır. Berlin hələ də Kiyevə hansı yardımı göstərə biləcəyi sualı üzərində işləyir. Qəzet digər G7 ölkələrinin ikitərəfli təminatları üzrə danışıqlar planları barədə məlumat vermir. Nəşrin qeyd etdiyi kimi, müttəfiqlər arasında ikitərəfli sazişlərin əlaqələndirilməməsi də problemə çevrilə bilər ki, bu da göstərilən hərbi yardımın effektivliyinə təsir göstərə bilər. Məsələn, Fransa növbəti dörd il üçün silah tədarükünü planlaşdırmağı təklif edir. “The Wall Street Journal” digər Qərb ölkələrinin bu ideyanı dəstəkləyib-dəstəkləmədiyini bildirmir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »