Ankara Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında tez bir zamanda görüşün təmin olunmasını prioritet hesab edir.
Bunu Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıç NTV telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Prezident Administrasiyası bu görüşün müxtəlif tarixləri və müxtəlif formatları üzərində işləyir.
“Burada birinci prioritet prezidentimizin mümkün qədər tez Putinlə görüşməsini təmin etməkdir”, – müşavir bildirib.
Qeyd edək ki, bundan əvvəl “Blumberq” iddia edib ki, Rəcəb Tayyib Ərdoğan sentyabrın 8-də Vladimir Putinlə Soçidə görüşəcək