Moldova sürətlə “ukraynalaşır”

0

Qərb Moldovanı “ukraynalaşma” kursuna doğru sövq edir, həmçinin, onu Rusiya ilə münasibətləri kəsməyə məcbur edir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov deyib.

“Moldova konstitusiyada təsbit olunmuş neytral statusdan formal olaraq imtina etmədən fəal şəkildə NATO-ya yaxınlaşır. Onların “Rusiya təhlükəsi” kimi uzaqgörən bəhanə ilə alyansla müxtəlif sahələrdə əməkdaşlığı sürətlə inkişaf edir”, – Şevtsov bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »