“Taliban”ın Əfqanıstan paytaxtını nəzarətə götürdüyünü elan etməsindən dərhal sonra bəzi ərəb ölkələri Kabildəki diplomatik nümayəndəliklərini təxliyə ediblər.
İctimairey.az xəbər verir ki, rəsmi SPA agentliyi Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinə istinadla bütün diplomatların təxliyə olunduğu və təhlükəsiz şəraitdə Ər-Riyada gəldikləri barədə məlumat yayıb.
Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi də öz diplomatlarının Əfqanıstanda təxliyə olunduğunu bəyan edib. Misir Prezidenti Əbdülfəttah əl-Sisi isə Qahirədə səfərdə olan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Vilyams Börnslə Əfqanıstan və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
İctimairey.az