Senator Cabarov: Rusiya Əfqanıstandakı vəziyyətə müdaxilə edə bilməz və etməyəcək
İctimairey.az – RİA Novostiyə istinadən xəbər verir ki, Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov RİA Novosti-yə bildirib ki, Rusiya Əfqanıstandakı vəziyyətə heç bir şəkildə müdaxilə etməyəcək və edə də bilməz. Əfqənistan suveren bir dövlətdir.
Senator qeyd edib ki, Əfqanıstandakı vəziyyət təcili olaraq BMT -də müzakirə edilməlidir. Kabulun taleyi artıq həll edilib.
“Təəssüf ki, proqnoz gerçəkləşib, Kabulun taleyi əvvəlcədən həll edilib. Əfqanıstan ordusunun mövqelərindən necə tərk etməsini, qızğın şəkildə geri çəkilməsini, texnikanı atmasını nəzərə alsaq, bu, tamamilə mənəviyyatsızlıqdır”, – Cabarov bildirib.
Əfqanıstanda vəziyyət son həftələrdə Taliban silahlılarının ölkənin böyük şəhərlərinə hücumları ilə gərginləşib. Media və mənbələr Talibanın Əfqanıstandakı bütün sərhəd keçidlərinə nəzarət etdiyini, paytaxt yaxınlığında olduğunu və paytaxtdakı Kabul Universitetini nəzarətə aldığını bildirir.
Al-Arabiya TV xəbər verir ki, bu arada Əfqanıstan prezidentinin administrasiyası ölkənin paytaxtındakı vəziyyəti nəzarətdə saxladığını bildirib.
Esmira ŞÜKÜROVA,
İctimairey.az