İranın sabiq Prezidenti Həsən Ruhaniyə qarşı cinayət işi açılıb.
Bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Məsud Satayşi məlumat verib.
“Həsən Ruhaniyə qarşı din xadimləri üçün xüsusi prokurorluqda müvafiq yurisdiksiya saxlanılmaqla cinayət işi qaldırılıb”, – o qeyd edib.
Ruhani valyuta bazarındakı pozuntulara və birjaya müdaxilələrdə ittiham olunur.