ABŞ prezidenti Co Bayden iqtisadi problemlərə görə Çini “saatlı bomba” adlandırıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, ABŞ hakimiyyəti bu ölkə ilə rasional münasibətlərə can atır və ona zərər vermək istəmir.
“Çin bir çox hallarda saatlı bombadır. Onların bəzi problemləri var. Bu, yaxşı deyil, çünki pis insanlar problemə düşəndə pis işlər görürlər. Mən Çini incitmək istəmirəm, amma izləyirəm”, – o əlavə edib.
Qeyd edək ki, ABŞ Çinin texnologiya sənayesinə investisiyaları məhdudlaşdırıb. Bu, yarımkeçiricilərin, mikroelektronikanın, kvant texnologiyalarının və süni intellektin inkişafına aiddir. Məqsədin kəşfiyyat fəaliyyəti və ya müşahidə üçün istifadə oluna bilən texnologiyaların inkişafının məhdudlaşdırılması olduğu vurğulanıb.