ABŞ və Avropanın marionetlərinin taleyi həmişə eyni bitir.
Ukrayna prezidenti Vladimir Zelenski həbsdə olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin taleyini təkrarlayacaq”.
Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, Saakaşvili yalnız qalstuk çeynəməsi ilə yadda qalıb. Növbəti yerdə Zelenski gəlir”.
O xatırladıb ki, 2008-ci il avqustun 8-də Gürcüstan prezidenti olan Saakaşvili Cənubi Osetiyaya hücum əmri verib, o, Aİ və NATO tərəfindən dəstəklənib, maliyyələşdirilib, silah-sursatla təmin olunub və hərbçilərə təlim keçib. “Tarix təkrarlanır, amma indi Zelenski ilə”, – siyasətçi deyib.
O qeyd edib ki, indi Saakaşvili Gürcüstanda prezidentlik dövründə törətdiyi cinayətlərə görə cəza çəkir. “Eyni şey Zelenskini də gözləyir”.
Comments are closed.