Belarusda yerləşdirilmiş Rusiyanın nüvə silahları çəkindirici vasitədir.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Nüvə silahı təhlükəsizlik deməkdir. Amma ümid edirəm ki, bu silah heç vaxt istifadə edilməyəcək. Belarus əhalisinin döyüşməsini istəmirəm, bu, çox qorxuncdur. Biz silahlarımızı nümayiş etdirmirik, amma ölkəmizi müdafiə etməyə hər zaman hazırıq”, – Lukaşenko bildirib.