Dini zəmində toqquşma: 4 ölü, 20 yaralı

0

Hindistanın Haryana ştatında dini zəmində baş verən toqquşma nəticəsində dörd nəfər ölüb, 20-dən çox insan isə xəsarət alıb. Ölənlərin ikisinin polis işçisi olduğu bildirilir.

Hadisə iyulun 31-də Nuh rayonunda hindli qruplarının müsəlmanların yaşadığı ərazidən keçərək məbədə doğru yürüşü zamanı baş verib.

Dini qruplaşma Hindistanın Baş naziri Narendra Modinin hakim “Bharatiya Janata” partiyasına yaxınlığı ilə tanınır.

Üç saat davam edən toqquşma zamanı hindli zəvvarlar müsəlmanları daşa basıb, avtomobilləri və məscidləri yandırıblar.

Hazırda Nuh rayonunda komendant saatı tətbiq edilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »