Basketbol millimiz Avropa çempionatında ikinci oldu

0

Kosovonun paytaxtı Priştinada 16 yaşadək oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunun final oyunu baş tutub.

Həlledici qarşılaşmada Azərbaycan yığması Kiprlə qarşılaşıb.

Görüş rəqibin 78:75 hesablı qələbəsi ilə başa çatıb. Bununla Azərbaycan yığması Avropa çempionatının C Divizionunu ikinci sırada tamamlayaraq gümüş medalçı olub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »