Şri-Lanka nüvə sınaqlarının hərtərəfli qadağası haqqında müqaviləni ratifikasiya edib.
Axar.az xəbər verir ki, bu barədə ada ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Şri-Lanka nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqavilənin ratifikasiya sənədini 25 iyul 2023-cü il tarixində BMT-nin Nyu Yorkdakı Baş Qərargahında BMT-nin Hüquq Məsələləri İdarəsinə təqdim edərək nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqaviləni ratifikasiya edən 178-ci dövlət oldu. Ratifikasiya sənədinin saxlanca verilməsi Şri-Lankanın statusunu müqaviləni imzalayan dövlətdən tamhüquqlu üzv statusuna yüksəldir”, – XİN qeyd edib.