Danimarka rəsmiləri insanlığa sığmayan hərəkətlərə göz yumur.
Axar.az “TurkicWorld”a istinadən xəbər verir ki, bu barədə AKP sözçüsü Ömər Çelik deyib.
“Müqəddəs kitabımız “Qurani-Kərim”ə qarşı davam edən hücumlar, o cümlədən Danimarkadakı səfirliyimizin qarşısındakı hücumlar lənətlənmiş və alçaq hərəkətlərdir. Danimarka hakimiyyəti bu nifrət aktlarına görə məsuliyyət daşıyır”, – Çelik bildirib
Qeyd edək ki, iyunun 28-də İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Stokholmun mərkəzindəki məscid yaxınlığında Quran yandırmaq aksiyası keçirib.
Momika iyulun 20-də İraqın Stokholmdakı səfirliyinin qarşısında polisin mühafizəsi altında Quranı və İraq bayrağını tapdalayıb.
Danimarkada iyulun 22-də İraqın Kopenhagendəki səfirliyi qarşısında Quranı yandıran qrup, iyulun 24-də İran və İraq səfirliyi qarşısında Quranı yandırıb.
Qrup daha əvvəl Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Türkiyə bayrağına və Qurana hücum edərək İslamı təhqir etmişdi.
Danimarkada İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qruplaşmasının üzvləri ötən gün Misirin, daha sonra Türkiyənin Kopenhagendəki səfirliyinin qarşısında Quranı yandırıblar.