ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısına üç Mali vətəndaşını, o cümlədən müdafiə naziri Sadio Kamaranı daxil edib. Bu şəxslər “Vaqner” qrupunun bu ölkədə fəaliyyətinin genişlənməsinə töhfə verməkdə ittiham olunur.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata götə, Mali Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Alu Boi Diarra və müavini müavini Adam Baqayoko da sanksiyaya məruz qalıb.