Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiya qoşunlarının Odessaya kütləvi raket hücumuna münasibət bildirib.
O, bu barədə Tvitterdə yazıb.
Zurabişvili vurğulayıb ki, Rusiya Odessaya hücum etməklə növbəti hərbi cinayət törədib:
“Mən UNESKO-nun Ümumdünya İrs Siyahısına – Odessaya və onun mülki əhalisinə edilən hücumları, beynəlxalq hüququn bütün normalarının kobud şəkildə pozulmasını qətiyyətlə pisləyirəm”.