Bakı-İzmir reysini həyata keçirməli olan “Peqasus” Hava Yollarına məxsus təyyarə reysi gecikir.
Bu barədə sözügedən reysin sərnişinləri məlumat verib.
Məlumata görə, saat 02:50 üçün uçuşu nəzərdə tutulan reys saat 05:00-a təxirə salınıb.
Aviareysin texniki səbəblərdən dolayı təxirə salındığı bildirilib.