Şimali Koreyadan ABŞ-a nüvə xəbərdarlığı
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus strateji sualtı qayığın Cənubi Koreyanın Busan limanına daxil olması nüvə silahından istifadə etməyimizə səbəb ola bilər.
Axar.az xəbər verir ki, bunu Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nama bildirib.
Nazir söyləyib ki, ABŞ onun nüvə aktivlərinin çox təhlükəli sulara daxil olduğundan xəbərdar olmalıdır.
Qeyd edək ki, göyərtəsində ballistik raketləri olan ABŞ Hərbi Dəniz Qüvvələrinin strateji nüvə sualtı qayığı 40 ildən sonra Busan limanına daxil olub.