Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində naməlum şəxs hərbi komissarlığın binasını yandırıb.
Bu barədə “Kommersant” məlumat yayıb.
Hadisə zamanı hərbi komissarlığın binasında gözətçi olub.
Yanğın nəticəsində xəsarət alan olmasa da, binanın çıxış qapısı yanıb. Yanğını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.